Dünya
4-07-2022, 10:42
1 233
Yunanıstanda güclü meşə yanğınları başlayıb
Yunanıstanın Peloponnes yarımadasının şimal-qərbində yerləşən Elida (İlia) bölgəsində güclü meşə yanğını başlayıb.
Bu barədə məlumatı Yunanıstan Yanğından Mühafizə Xidməti verib.
Məlumata görə, yanğının söndürülməsinə 195 yanğınsöndürən, 7 piyada qrupu və 48 texnika iştirak edir.
Yanğın yaşayış məntəqələrinə təhlükə yaratdığı üçün 4 kəndin sakinləri təxliyə edilib.
Gecəyə yaxın yanğının söndürülməsində altı təyyarə və beş helikopter iştirak edib.