Gürcüstan məhkəməsi Azərbaycan vətəndaşının həbs qərarını ləğv edib
4-07-2022, 17:40
7 437

Gürcüstan məhkəməsi Azərbaycan vətəndaşının həbs qərarını ləğv edib

Gürcüstanın Apellyasiya Məhkəməsi Tbilisi Şəhər Məhkəməsinin Azərbaycan vətəndaşı Qurban Əliyev haqqında ötən ilin oktyabrında çıxardığı 4 illik həbs barədə qərarını ləğv edib.

Bu barədə onun vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov bildirib.

Onun sözlərinə görə, yuxarı məhkəmə instansiyası heç bir yeni şahid dindirmədən müdafiə etdiyi şəxslə bağlı ittihamı əsassız hesab edib. Vəkil deyib ki, qəbul olunan qərar Q.Əliyevin şərləndiyini təsdiqləyib.

Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət "Marneuli” futbol komandasının məşqçisidir. O, 2019-cu ildə seksual xarakterli zorakılıqda ittiham edilib./report

Oxşar xəbərlər