Ruslar kosmik stansiyada qondarma respublikanın bayrağını qaldırdılar - FOTO
5-07-2022, 17:26
7 655

Ruslar kosmik stansiyada qondarma respublikanın bayrağını qaldırdılar - FOTO

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya kosmonavtları tərəfindən Beynəlxalq Kosmik Stansiyada (BKS) qondarma “LXR” (Luqansk Xalq Respublikası) bayrağının nümayişi üçün Rusiyanı bütün beynəlxalq kosmik proqramlardan kənarlaşdırmağa çağırıb.
Bu barədə Ukrayna diplomatik xidmətinin sözçüsü Oleq Nikolenko bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Ukraynada rusların BKS-də nümayiş etdirdiyi bayraq altında dinc insanlar öldürülür.
“Rusiya kosmonavtları BKS-də rus qoşunlarının Donbasda qadın və uşaqları öldürdüyü və bütün Ukrayna şəhərlərini külə çevirdiyi bayrağı nümayiş etdirir. Rusiya öz barbarlığını hətta kosmosa - sülh zonasına da ixrac edir. O, bütün beynəlxalq kosmik proqramlardan xaric edilməlidir”, - Xarici İşlər Nazirliyinin sözçüsü öz "Twitter" səhifəsində yazıb. 

Oxşar xəbərlər