Özbəkistan Əfqanıstan ərazisindən atəşə tutuldu
6-07-2022, 10:41
2 458

Özbəkistan Əfqanıstan ərazisindən atəşə tutuldu

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən gələn beş döyüş raketi düşüb.
Bu barədə “Sinxua” Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. 
"Qonşu Əfqanıstan ərazisindən atılan 5 raket Özbəkistanın cənubunda sərhəddə yerləşən Termez şəhərinə düşüb", - məqalədə deyilir.
Dörd raket yaşayış sahəsinə, biri futbol meydançasına düşüb.
"Raketlərin heç biri partlamadı, ona görə də dörd şəxsi evə kiçik ziyan dəyməməkdən başqa heç bir itki və dağıntı olmadı", - KİV-də qeyd olunub. 

Oxşar xəbərlər