Rusiyada kimya zavodunda yanğın olub - VİDEO
6-07-2022, 10:47
2 494

Rusiyada kimya zavodunda yanğın olub - VİDEO

Rusiyanın Stavropol diyarında Nevinnomısski azot müəssisəsinin ərazisində güclü yanğın baş verib.
Bu barədə Rusiya mediası məlumat yayıb. 
Bildirilir ki, zavodun işçiləri təcili təxliyə edilib. Yanğının söndürülməsinə 47 nəfər canlı qüvvə və 16 texnika cəlb olunub.
“Təhlükəsizlik tələblərinə riayət etmək məqsədilə texnoloji sexlərin bir hissəsi istismar ehtiyatına çıxarılıb. Tələfat yoxdur, tullantılar yoxdur”, - Rusiya Fövqəladə Hallar Nazirliyinin regional administrasiyasının bəyanatında deyilir. 
İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Yanğının baş verdiyi “Nevinnomyssky Azot” Rusiyada ən böyük azot gübrələri istehsalçısı və işğalçı ölkənin cənubunda aparıcı kimya müəssisələrindən biridir. 



Oxşar xəbərlər