Rusiyalı general HƏBS EDİLDİ
6-07-2022, 11:57
8 672

Rusiyalı general HƏBS EDİLDİ

Rusiya Daxili İşlər Nazirinin köməkçisi, general-leytenant Sergey Umnov saxlanılıb.
Rusiya KİV-ləri xəbər verir ki, o, hazırda Moskvanın Petrovkadakı müvəqqəti saxlanma məntəqəsindədir. 
Bu barədə məlumatı Moskva İctimai Monitorinq Komissiyasının icraçı katibi Aleksey Melnikov təsdiqləyib. 
General-leytenant Sergey Umnov əvvəllər nazirliyin Sankt-Peterburq baş komandanına rəhbərlik edib. 
Bundan əvvəl Sankt-Peterburqda Daxili İşlər Nazirliyinin üç generalı və bir sıra polislərin vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı həbs edildiyi məlum olmuşdu. 

Oxşar xəbərlər