İrlandiyanın baş naziri Kiyevə gəldi
6-07-2022, 12:35
8 640

İrlandiyanın baş naziri Kiyevə gəldi

İrlandiya Respublikası hökumətinin başçısı Mişal Martin Ukraynaya səfər edib. 
Bu barədə RTE məlumat yayıb.
Martin Ukraynaya ilk səfəri çərçivəsində Kiyev vilayətində rus qoşunları tərəfindən dağıdılan bir neçə yerə baş çəkəcək. O, bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Onun sözçüsünə görə, Martin Ukrayna hakimiyyəti ilə İrlandiya və Aİ-nin ölkənin cari və gələcək ehtiyaclarını necə dəstəkləyə biləcəyi barədə danışacaq.
Qeyd olunur ki, İrlandiya baş nazirinin Ukraynaya səfəri prezident Zelenskinin onu ölkəyə səfərə dəvət etməsindən iki həftə sonra baş tutub.

Oxşar xəbərlər