Ukraynalı deputat Rusiyaya işləyirmiş
6-07-2022, 17:08
7 868

Ukraynalı deputat Rusiyaya işləyirmiş

Ukraynanın baş prokuroru Dövlət İstintaq Bürosunun topladığı sübutlar əsasında Ukraynanın xalq deputatı Aleksiy Kovalev dövlətə xəyanətdə ittiham olunduğunu açıqlayıb. 
Bu barədə Dövlət İstintaq Bürosunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, aprel ayında Rusiya Federasiyasının genişmiqyaslı işğalından sonra Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində olan və işğalçı qüvvələrə yardım edən Ukrayna xalq deputatına qarşı cinayət işi açılıb.
“İstintaq zamanı müəyyən edilib ki, bu il iyulun əvvəlində Aleksiy Kovalev rusların işğalçı administrasiyası tərəfindən qanunsuz yaradılmış “Xerson vilayəti hökuməti”ndə sədr müavini vəzifəsini icra edib”,  - deyə məlumatda qeyd olunub. 
Həmçinin, iyunun 8-də xalq deputatı sosial şəbəkədəki səhifəsində ictimaiyyətə təsir etmək üçün Ukraynanın bir hissəsinin guya işğalçı ölkəyə inteqrasiyası barədə yazı dərc edib.
Şübhəlinin hərəkətləri Ukrayna Cinayət Məcəlləsinin 111-1 (təcavüzkar dövlətə yardım) əmlakı müsadirə olunmaqla 15 ilədək və ya ömürlük həbslə cəzalandırılır. 

Oxşar xəbərlər