Deputat Consonu istefaya ÇAĞIRDI - VİDEO
6-07-2022, 22:20
8 072

Deputat Consonu istefaya ÇAĞIRDI - VİDEO

Xəbər verdiyimiz kimiBöyük Britaniyada altı nazir və bir nazir müavini vəzifələrindən istefa verib. 
Britaniya parlamenti istefalardan sonra növbədənkənar toplaşıb. İclasda söz alan deputatlar “işimə davam edirəm” bəyanatı ilə çıxış edən baş nazir Consonu istefaya dəvət ediblər.
Belə ki, Boris Conson İngiltərə parlamentində açıqlamalar verib. Reaksiyalara cavab verən baş nazir, "işimə davam edirəm" deyib, lakin o, hökuməti davam etdirə bilməsə, kreslosunu tərk edəcəyini də söyləyib. 
Bununla yanaşı, toplantıda diqqətçəkən məqamlardan biri də Ana müxalifətdəki İşçi Partiyasının lideri,  deputat Keir Starmer çıxışı olub.  O,  iclasda ayağa qalxaraq əli cibində Boris Consonu istefaya dəvət edib. 
"Hökumətin çökdüyü aydındır. Britaniya xalqını aldatmaq olmaz. Buna görə də,  geri çəkilin!", - Starmer deyib.


Oxşar xəbərlər