ABŞ lideri Əfqanıstanı əsas müttəfiq statusundan çıxarır
7-07-2022, 10:54
1 889

ABŞ lideri Əfqanıstanı əsas müttəfiq statusundan çıxarır

ABŞ Prezidenti Cozef Bayden Konqresə Əfqanıstanı NATO üzvü olmayan əsas müttəfiq statusundan məhrum etmək niyyətində olduğunu bəyan edib.
Müvafiq bəyanatı Ağ Evin mətbuat xidməti yayıb. Belə ki, C. Bayden Əfqanıstanın NATO xaricindəki əsas müttəfiqlər sırasına daxil edilməsini ləğv etmək niyyətindədir. ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci il sentyabrın 11-də törədilən terrordan sonra həmin il oktyabrın 7-də Əfqanıstana daxil olub.
22 il ərzində Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollardan artıq maliyyə vəsaiti xərclənib. Bu müddət ərzində ABŞ-ın 2 442 hərbçisi ölüb, 20 666-sı yaralanıb, NATO isə 1 144 hərbçisini itirib.

Oxşar xəbərlər