Lavrov və Çavuşoğlu arasında görüş başladı - YENİLƏNİB
7-07-2022, 13:52
7 603

Lavrov və Çavuşoğlu arasında görüş başladı - YENİLƏNİB

İndoneziyada Lavrov və Çavuşoğlu arasında görüş başlayıb.

Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün İndoneziyanın Bali adasına səfər edib. Rusiyanın XİN rəhbəri iclas çərçivəsində bir neçə görüş keçirəcək.
***09:53
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrovla  görüşəcək.

Xarici KİV xəbər verir ki, nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər.
Bildirilir ki, Çavuşoğlu və Lavrov regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Oxşar xəbərlər