Ruslar Moldova tankerini raketlə VURDU
7-07-2022, 15:57
7 099

Ruslar Moldova tankerini raketlə VURDU

Rusiyanın bu gün Odessaya atdığı raketlərdən biri Moldova bayrağı altında boş qalan “Millennial Spirit” tankerinə düşüb.
Bu barədə Odessa hərbi administrasiyasının sözçüsü Serhi Bratçuk məlumat yayıb. 
“Odessa vilayətinə növbəti hava zərbəsi zamanı Su-30 təyyarəsindən iki Kh-31 raketi atılıb.  Raket göyərtəsində dizel yanacağının qalıqları ilə ekipajsız ərazi dənizində üzən Moldova bayrağı altında “Millennial Spirit” tankerinə düşüb. Hadisədən sonra gəmi yanmağa başlayıb". 


Oxşar xəbərlər