İtkin düşən polislərin cəsədləri avtomobildə tapıldı
8-07-2022, 10:49
1 522

İtkin düşən polislərin cəsədləri avtomobildə tapıldı

Meksikanın Xalisko əyalətində ikisi polis olmaqla 3 nəfərin cəsədi avtomobildə tapılıb.
Əyalətin Mazamitla şəhərində içərisində 3 nəfərin olduğu tərk edilmiş avtomobil tapılıb.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri avtomobildə olan 3 nəfərin həlak olduğunu müəyyən edib. Müayinədən sonra meyitlərdən ikisinin bir müddət əvvəl yoxa çıxan 2 polisə aid olduğu məlum olub.
Bölgəyə çoxlu sayda polis sövq edilib və hücum edənlərin tutulması üçün işlər davam etdirilir.

Oxşar xəbərlər