Roma Papası Ukraynaya gedəcək - tarix açıqlandı
9-07-2022, 15:53
19 122

Roma Papası Ukraynaya gedəcək - tarix açıqlandı

Roma Papası Fransisk bu ilin avqustunda Ukraynaya gedə bilər. Onun səfərinin hazırlıqları pontifikin iyul ayına planlaşdırılan Kanada səfərindən sonra başlayacaq.
Bunu Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi Riçard Qallager bildirib. Vatikan nümayəndəsinin sözlərinə görə, Roma Papası Fransisk Ukraynaya səfərinin müsbət nəticə verə biləcəyinə çox əmindir.
“Beləliklə, hesab edirəm ki, Kanadadan qayıtdıqdan sonra bunun real mümkünlüyünün öyrənilməsinə başlanacaq. Ola bilsin (səfər avqustda baş tutacaq - red.), mən bunu istisna etməzdim, amma çox şey Kanadaya səfərin nəticələrindən asılı olacaq. Papanın bu kimi çox tələbkar bir səfərə necə dözəcək ondan sonra baxacayıq” - Gallagher bildirib.
Xatırladaq ki, Ukraynaya gəlmək niyyətindən ilk olaraq pontifik özü danışmışdı. O, Rusiyaya da səfər etmək istədiyini bildirib.

Oxşar xəbərlər