Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
9-07-2022, 18:28
19 589

Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”

"Kiyevə vaxtında hərbi yardımın göstərilməsi hərbi əməliyyatları 2022-ci ilin sonuna qədər başa çatdırmağa imkan verəcək”.

Bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, tərəfdaşlardan güclü silahlar vaxtında Ukraynaya çatdırılarsa, ölkəsi 2022-ci ilin sonuna qədər çox şeyə nail ola və müharibəni dayandıra bilər.

Ukrayna lideri ABŞ Prezidenti Cozef Baydenin ölkəsinə səfər edəcəyinə də ümid etdiyini bildirib.

Oxşar xəbərlər