“Sülhün bərqərar olması üçün real şans var” - Erməni nazir
9-07-2022, 22:07
19 126

“Sülhün bərqərar olması üçün real şans var” - Erməni nazir

“Biz inanırıq ki, regionda baş verən bütün qan və nifrətə baxmayaraq, Cənubi Qafqazda sülhün bərqərar olması üçün real şans var”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Yunanıstanın "Katimerini" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan dəfələrlə regionda uzunmüddətli sabitliyin bərqərar olmasına və dinc inkişaf erasının açılmasına hazır olduğunu bir daha təsdiqləyib.
“Eyni zamanda, aydındır ki, bu səylər birtərəfli ola bilməz və bu istiqamətdə biz Azərbaycan tərəfdən eyni dərəcədə konstruktiv yanaşma və səmimi əməli addımlar gözləyirik”.


Oxşar xəbərlər