Zelenski səfirlərin işdən çıxarılmasının səbəbini açıqladı
10-07-2022, 10:31
11 914

Zelenski səfirlərin işdən çıxarılmasının səbəbini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna səfirlərinin işdən çıxarılmasını səbəbini açıqlayıb. 

Bu barədə o, ukraynalılara videomüraciətində danışıb.
"Mən bu gün Ukraynanın bəzi səfirlərinin vəzifədən azad edilməsi ilə bağlı fərmanlar imzaladım. Bu rotasiya məsələsi diplomatik praktikanın adi hissəsidir. Çexiya, Almaniya, Macarıstan, Norveç və Hindistana Ukraynanın yeni nümayəndələri təyin olunacaq", - deyə qurumun rəhbəri bildirib. 
Onun sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyinin xətti ilə yeni namizədlər hazırlanır.

Oxşar xəbərlər