Şri-Lankada etirazlara görə iki nazir istefa verdi
10-07-2022, 12:57
17 302

Şri-Lankada etirazlara görə iki nazir istefa verdi

Şri-Lanka hökumətində Baş nazirin ardınca turizm naziri Harin Fernando və əmək naziri Manuşa Nanayakkara istefa verib.
Xarici KİV xəbər verir  ki, bundan əvvəl media, nəqliyyat və avtomobil yolları naziri Bandula Qunavardana istefa verdiyini açıqlamışdı.
Bildirək ki, iyulun 9-da minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısı Qotabai Rajapaksanın istefasını tələb edib. Onlar prezident iqamətgahına daxil olublar. 30-dan çox insan yaralanıb. Daha sonra etirazçılar baş nazirin iqamətgahının ərazisinə daxil olaraq binanı yandırıblar.

Oxşar xəbərlər