Yaponiya hökuməti Şinzo Abeni yüksək mükafata layiq gördü
11-07-2022, 19:03
7 441

Yaponiya hökuməti Şinzo Abeni yüksək mükafata layiq gördü

Yaponiya hökuməti iyulun 8-də sui-qəsd nəticəsində həlak olan sabiq Baş nazir Şinzo Abeni ölkənin ən yüksək mükafatına – Payızgülü Ali Ordeninin Yaxalığına layiq görüb.
Şinzo Abe müharibədən sonra qəbul edilən Konstitusiyaya müvafiq olaraq, sabiq Baş nazirlər Şiqeru Yoşida, Eysaku Sato və Yaşuhiro Nakasonedən sonra ölkənin ali mükafatına layiq görülən dördüncü Baş nazir olub.
Qeyd edək ki, Ş.Abenin dəfn mərasimi iyulun 12-də Cogogi məbədində keçiriləcək.

Oxşar xəbərlər