Dünya
12-07-2022, 13:36
7 825
Lukaşenko RTMT və MDB dövlətlərini tənbeh etdi
"KTMT və MDB-dəki bəzi müttəfiqlər gözləmə mövqeyi tutsalar da, rəsmi Minskin siyasəti sarsılmayıb".
BelTA xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib: “Qərbdən kütləvi təzyiq, təəssüf ki, KTMT və MDB-dəki bəzi müttəfiqlərimizi, yumşaq desək, gözləmə mövqeyi tutmağa vadar edib. Lakin Belarusun siyasəti sarsılmadı, biz fikrimizə və maraqlarımıza hörmət edən ölkələrlə dialoqu davam etdiririk”.
Dövlət başçısı vurğulayıb ki, Belarus və Rusiyanın daxil olduğu iqtisadi və siyasi ittifaqları parçalamağa cəhdlər edilir.
Prezident əlavə edib ki, Belarusa təkcə hərbi-siyasi sahədə deyil, həm də digər sahələrdə, ilk növbədə, iqtisadi və informasiya sahəsində təzyiqlər artır:
“Bu bir daha təsdiqləyir ki, Belarusa qarşı tammiqyaslı hibrid müharibə başlayıb, hansı ki, həmişə hücum xarakteri daşıyır. Bu müharibədə Şimali Atlantika blokunun həm milli, həm də koalisiya strukturları iştirak edir ki, onlar kiberməkanda psixoloji əməliyyatlar və təxribat hərəkətləri həyata keçirməkdə ixtisaslaşırlar”.