ABŞ Ukraynaya növbəti qrant ayırıb
12-07-2022, 22:21
7 984

ABŞ Ukraynaya növbəti qrant ayırıb

ABŞ Ukraynaya 1,7 milyard dollar məbləğində qrant yardımı ayırıb.

UNİAN xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviter səhifəsində məlumat verib.

Bu, ABŞ-ın son iki həftədə ayırdığı ikinci qrantdır, yardımın məbləği 3 milyard dollar təşkil edib.

"Ukrayna büdcəsinə Dünya Bankının Etimad Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 1,7 milyard dollar qrant yardımı daxil olub. Bu, ABŞ-ın son iki həftədə ikinci qrantıdır, qrantın ümumi məbləği 3 milyard dollar təşkil edib”, - məlumatda deyilir.

Bu ilin may ayında Ukrayna büdcə kəsirinin maliyyələşdirilməsi üçün tələb olunan 5 milyard dollar əvəzinə beynəlxalq tərəfdaşlardan 2 milyard dollardan az vəsait almışdı. İyun ayında isə ABŞ Dövlət Departamentinin nümayəndəsi Derek Hoqan ABŞ-ın Ukrayna büdcəsini dəstəkləmək məqsədilə ayda 1,5 milyard dollar verməyi planlaşdırdığını bildirmişdi.

Oxşar xəbərlər