Yunanıstanda helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb
14-07-2022, 12:32
2 267

Yunanıstanda helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb

Yunanıstanda meşə yanğının söndürülməsinə cəlb edilmiş helikopter Egey dənizində, Samos adası yaxınlığında qəzaya uğrayıb.
Qəza helikopter dənizi suyu toplayarkən baş verib. İlkin məlumatlara görə, qəzaya güclü külək səbəb olub.
Helikopterdə olan 4 nəfərdən ikisi ölüb, digər 2 nəfər xilas edilib.
Xatırladaq ki, Samos adasında davam edən meşə yanğını ilə mübarizəyə 27 yanğınsöndürən, 4 təyyarə və 3 helikopter cəlb edilib./report

Oxşar xəbərlər