İtaliyada siyasi böhran: Hökumət dağılır Ətraflı
14-07-2022, 23:45
9 231

İtaliyada siyasi böhran: Hökumət dağılır Ətraflı

Parlamentin yuxarı palatası Senatda Mario Draghi Hökumətinin Ukraynadakı vəziyyətə görə artan enerji qiymətləri ilə mübarizədə ailələrə və müəssisələrə dəstək olmaq üçün hazırladığı iqtisadi yardım paketi ilə bağlı keçiriləcək səsvermədən əvvəl gərginlik artıb.
İtaliyada Mario Draqinin başçılıq etdiyi geniş iştirakla koalisiya hökumətinin ortaqlarından biri olan 5 Ulduz Hərəkatının (M5S) hökumətin ailələr və müəssisələr üçün hazırladığı iqtisadi yardım paketinin parlamentdəki səsverməsinə qatılmaması qərarı siyasi böhrana səbəb oldu.

Oxşar xəbərlər