Paşinyan Murad Papazyanın Ermənistana girişinə qadağa qoydu
14-07-2022, 15:03
7 683

Paşinyan Murad Papazyanın Ermənistana girişinə qadağa qoydu

Fransadakı erməni şirkətlərinin koordinasiya şurasının sədri, ARF Bürosunun üzvü Murad Papazyanın Ermənistana girişinə qadağa qoyulub.
Bu barədə Papazyan özü "Facebook" səhifəsində məlumat verib. 
"Təəssüflə bildirirəm ki, dünən mənə Ermənistana giriş qadağan edilib. Baş nazir Nikol Paşinyanın əmri ilə mən, Ermənistanda arzuolunmaz şəxs sayılıram. 40 il Ermənistan, erməni xalqı və Ermənistan dövləti uğrunda döyüşdükdən sonra belə vəziyyətə düşmək məni incidir. Nikol Paşinyanın bu qərarı onun üzərinə götürdüyü məsuliyyətin öhdəsindən gəlmədiyini bir daha göstərir", - deyə o, yazıb. 

Oxşar xəbərlər