"Roskosmos"un rəhbəri istefa verəcək
15-07-2022, 14:09
8 207

"Roskosmos"un rəhbəri istefa verəcək

"Roskosmos"un (Rusiya Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyası) rəhbəri Dmitri Roqozin yaxın vaxtlarda vəzifəsini tərk etməyə hazırlaşır. 
Xarici KİV xəbər verir ki, Roqozin Ukraynada Rusiya hərbçilərinin nəzarətində olan ərazilərdən birində rəhbər vəzifə tuta bilər. "Roskosmos"da onun yerini hökumətin hazırkı baş nazirinin müavini Yuri Borisov tutacaq.
Rusiya hakimiyyəti Yuri Borisovun "Roskosmos"dakı vəzifənin öhdəsindən gələcəyinə ümid edir. 

Oxşar xəbərlər