Rusiyalı jurnalist axtarışa verildi
15-07-2022, 16:22
8 163

Rusiyalı jurnalist axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi jurnalist Yevgeni Kiselyov barəsində axtarış elan edib.
Xarici KİV xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. 
"O, cinayət işi üzrə axtarışa verilib. Aprelin 5-də Rusiyada fiziki şəxslərin - xarici agentlərin reyestri yaradılıb. Ukraynada yaşayan və işləyən iki rusiyalı jurnalist - Yevgeni Kiselyov və Matvyi Qanapolskii onlar “Ukraynadan maliyyə alaraq siyasi fəaliyyət göstərirlər”, - deyə  KİV-də  qeyd olunub.
Bildirək ki, Yevgeni Kiselyov jurnalist, media meneceri, siyasi şərhçidir. Rusiyanın NTV, TNT və TV-6 kanallarında verilişlərin müəllifi və aparıcısı olub. 2008-ci ildən Kiselyov Ukrayna televiziyasında işləyir, bu gün "Ukrayna 24" telekanalının aparıcısıdır.

Oxşar xəbərlər