"Gürcüstan hökuməti dialoq üçün vasitəçilik edəcək" - XİN rəhbəri
16-07-2022, 14:48
17 096

"Gürcüstan hökuməti dialoq üçün vasitəçilik edəcək" - XİN rəhbəri

"Azərbaycan və Ermənistan arasında Tbilisidə dialoq formatının davam etdirilib-etdirilməyəcəyi barədə heç nə deyə bilmərəm. Ən əsası odur ki, bu gün həmkarlarımın dialoqu baş tutur".
Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.
Nazir dialoq prosesinin nəticələr verəcəyinə əminliyini ifadə edib: "Bu prosesin davam etdirilməsinə zərurət yaranacağı halda, Gürcüstan hökuməti əvvəllər olduğu kimi bu dialoq üçün mütləq vasitəçilik edəcək".

Oxşar xəbərlər