"Polşa getdikcə daha dəyərli NATO üzvünə çevrilir"
19-07-2022, 20:43
10 128

"Polşa getdikcə daha dəyərli NATO üzvünə çevrilir"

"Rusiya-Ukrayna müharibəsi davam etdikcə Polşa getdikcə daha dəyərli NATO üzvünə çevrilir".
Bu sözləri Ceymstaun Fondunun Rusiya və Yaxın Şərq məsələləri üzrə əməkdaşı Teodor Karasıq Əl-Cəzirə telekanalına bildirib:

"Polşa bu məqamda NATO-nun Rusiyaya qarşı nizəsinin ucundadır".
Karasıq həmçinin Polşanın Kalininqrad vilayəti ilə həmsərhəd olması, Rusiyanın suverenliyini genişləndirmək üçün təcavüzkar cəhdlərini davam etdirdiyi bir vaxtda bu coğrafiyanın necə nəticələnəcəyi ilə bağlı narahatlıqların artdığını da deyib.
Həmçinin "NATO-nun Rusiyaya qarşı güclənməsi davam etdikcə, mövcud tendensiyaları nəzərə alaraq, gələcəkdə Baltik dənizinin coğrafiyası və bu ölkələrin limanlar vasitəsilə çıxışları mübahisələndiriləcək",- deyə Karasıq əlavə edib.

Oxşar xəbərlər