Böyük Britaniya Rusiyaya yeni sanksiya tətbiq etdi
21-07-2022, 13:38
7 854

Böyük Britaniya Rusiyaya yeni sanksiya tətbiq etdi

Böyük Britaniyada iyulun 21-də Rusiyaya qarşı sanksiyalarla bağlı müddəaya düzəlişlər edilib. 
Bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.
"Bu düzəliş neft və neft məhsullarının, kömür və kömür məhsullarının və qızılın idxalını, habelə bu malların birbaşa və ya dolayı yolla əldə edilməsini, tədarükünü və çatdırılmasını qadağan edir. Həmçinin texniki yardım, maliyyə xidmətləri və vəsaitlərin göstərilməsini qadağan edir”, - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər