Fransa Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib
21-07-2022, 18:26
7 488

Fransa Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

Fransa Senatı Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında qanun layihəsini ratifikasiya edib.
Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Twitter mikrobloqunda məlumat verib.
“Mən Senatın İsveç və Finlandiyanın NATO-ya daxil olmasının ratifikasiyasına imkan verən qanun layihəsini təsdiqini alqışlayıram. Bu ilhaqlar bizim kollektiv təhlükəsizliyimizi gücləndirəcək”, - Fransanın xarici işlər naziri yazıb.
Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün müraciət etmişdilər. 

Oxşar xəbərlər