Dünya
22-07-2022, 11:26
2 379
Ruslar məşhur siqaret markalarından məhrum qalacaqlar
Ən böyük tütün istehsalçılarından biri, məşhur "L&M" və "Marlboro" siqaret markalarının və tüstüsüz tütün qızdırıcı sistemlərinin istehsalçısı "Philip Morris International" 2022-ci ilin sonuna qədər Rusiya bazarını tərk etmək qərarına gəlib.
Bunu "Bloomberg"ə müsahibəsində şirkətin baş direktoru Yaçek Olçak deyib.
Onun sözlərinə görə, biznesin dayandırılması “olduqca çətin prosesdir” və şirkət ilin sonuna qədər bunu başa çatdıra biləcək.
Bildirək ki, "Marlboro" dünyada ən məşhur siqaret markasıdır.
Xatırladaq ki, daha əvvəl iri tütün şirkəti "British American Tobacco" da Rusiyada fəaliyyətini dayandırdığını elan edib.