Rusiya İdlibə zərbə endirdi: 5 uşaq öldü, 10-larla yaralı var
22-07-2022, 11:55
2 361

Rusiya İdlibə zərbə endirdi: 5 uşaq öldü, 10-larla yaralı var

Rusiya döyüş təyyarələri İdlibin qərbindəki Yakubiye və Cudeyda kəndlərinə hava zərbələri endirib.
“TRT Haber” xəbər verir ki, hücum nəticəsində 5-i uşaq olmaqla 7 nəfər ölüb, 13 nəfər yaralanıb.
Hücumda həyatını itirənlərin Hama əyalətində Bəşər Əsəd rejimi və tərəfdarlarının hücumlarından qaçaraq bölgəyə sığınan mülki vətəndaşlar olduğu bildirilir.

Oxşar xəbərlər