Polis qabağına çıxan hər kəsi güllələdi
22-07-2022, 12:45
2 167

Polis qabağına çıxan hər kəsi güllələdi

Braziliyanın Rio-de-Janeyro şəhərində polisin narkotik qruplarına qarşı keçirdiyi əməliyyat nəticəsində azı 18 nəfər həlak olub. 
Ara məhəllələrdə keçirilən əməliyyatda polis məhəllə sakinləri arasında fərq qoymadan hər kəsə atəş açıb. 
Xarici mətbuat xəbər verir ki, Braziliya polisi Rionun bəzi yoxsul məhəllələrində 400-dən çox zabit, 4 hərbi vertolyot və zirehli maşınlarla əməliyyat keçirib. Məhəllədə 18 nəfəri öldürən polis ölənlərin 16-nın mütəşəkkil cinayət təşkilatının üzvü olduğunu bildirib.
Məhəllədə yaşayanlar mətbuata açıqlamalarında bildiriblər ki, polis fərq qoymadan hamıya atəş açıb:
 "Onlar məhəlləmizdə qətliam törətdilər. Güllələnən insanlara kömək etmək istəyənlər də həbs olunurdu". 

Oxşar xəbərlər