Rusiya hərbçilərinin Moldovaya buraxılması qadağan edilib
22-07-2022, 23:43
8 713

Rusiya hərbçilərinin Moldovaya buraxılması qadağan edilib

Moldova hakimiyyəti Dnestryanı bölgədə yerləşdirilən Rusiyanın "əməliyyat qrupu”ndan olan hərbçilərini ölkə ərazisinə daxil olmasını qadağan edib.

Bu barədə Moldovanın Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Vode bildirib.

"Bu kontekstdə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova hakimiyyətinin Rusiya qoşunlarının və sursat anbarlarının ölkəmizdən qeyd-şərtsiz çıxarılması prosesinin qeyd-şərtsiz bərpa olunmasının zəruriliyi ilə bağlı mövqeyini təkrarlayır”, Daniel Vode qeyd edib.

Oxşar xəbərlər