Dünya
22-07-2022, 16:35
7 276
Əfqanıstanda məmurları tənqid etmək qadağan olundu
Əfqanıstana nəzarət edən “Taliban” hərəkatının ali lideri Molla Heybətullah Axundzadə məmurların və vəzifəli şəxslərin tənqidinin qadağan olunması ilə bağlı sərəncam imzalayıb.
Xarici KİV-lər xəbər verir ki, müvafiq sənədin mətni “Taliban” hərəkatının nəzarətində olan media resurslarında dərc edilib.
“Şəriət qaydalarına əsasən, məmurlara qarşı əsassız ittihamlar irəli sürmək, onları yalan bəhanələrlə tənqid etmək yolverilməzdir... İslamda qeybətə və dedi-qoduya yer yoxdur. Bu qəbildən olan əməllər müsəlmanlar arasında nifrət yaradır, imanı zədələyir və səyləri zəiflədir”, - deyə sənəddə bildirilir.
Sərəncamda, həmçinin qanunu pozan şəxslərin cəzalandırılacağı deyilir. Lakin bu cəzanın nədən ibarət olacağı açıqlanmır.