Türkiyədə uşaqlar arasında naməlum xəstəlik yayıldı
23-07-2022, 10:14
8 598

Türkiyədə uşaqlar arasında naməlum xəstəlik yayıldı

Türkiyənin Bolu şəhərində qanlı ishalla özünü göstərən, anemiya və kəskin böyrək çatışmazlığı ilə nəticələnən yeni xəstəlik yayılıb. 
İçməli sudan qaynaqlanan bəzi xəstələrə müayinələrdən sonra Hemolitik Uremik Sindrom (Hemolytic Uremic Syndrome/HUS) diaqnozu qoyulub.
Anadolu Agentliyi xəbər verir ki, Yuva kəndi ərazisində içməli sudan xəstələnənlərin sayı 98-ə çatıb.
14-ü reanimasiyada olan 43 xəstənin müalicəsi davam etdirilir. Həmçinin 17 xəstə müxtəlif şəhərlərdəki xəstəxanalara köçürülüb.
Ankaranın müxtəlif xəstəxanalarına köçürülən xəstələrin əksəriyyəti 1,5-15 yaş arası uşaqlardır. 
Kənddəki su çənindən götürülmüş nümunələr və çəni təmin edən mənbələrlə bağlı ətraflı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər