ABŞ-da parkda atışma olub, ölənlər var
23-07-2022, 10:47
17 815

ABŞ-da parkda atışma olub, ölənlər var

ABŞ-ın Ayova ştatının Makoket parkında atışma baş verib.
Bu barədə polisə istinadən ABC News məlumat yayıb.
Hadisə yerindən 3 nəfərin meyiti tapılıb. Polis parkda araşdırma apararkən özünü güllələdiyi iddia edilən şübhəlinin meyitini tapıb.
Parkın ərazisində yerləşən uşaq çadır şəhərciyi boşaldılıb. Hələlik Makoket parkı bağlı qalır, lakin insanlar üçün artıq təhlükə yoxdur./report

Oxşar xəbərlər