Türkiyədə sudan kütləvi zəhərlənmə: 1 nəfər öldü
24-07-2022, 10:42
10 627

Türkiyədə sudan kütləvi zəhərlənmə: 1 nəfər öldü

Türkiyənin Bolu vilayətinin Yuva kəndində əhali arasında kütləvi zəhərlənənlər arasında ilk ölüm halı qeydə alınıb.

49 yaşlı Əyüp Ərtəm müalicə olunduğu Ankara Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Ən məlumata görə, Boluda sudan zəhərlənənlərin ümumi sayı 123 nəfərə çatıb. Onlardan 17-si reanimasiyada olmaqla 54 nəfər xəstəxanalarda müalicə olunur.

Zəhərlənmə hallarının son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində içməli suyun mikroblarla çirklənməsi səbəbindən olduğu ehtimal edilir. Bildirilir ki, mövcud infeksiya böyrək çatışmazlığına və qanın normadan artıq laxtalanmasına səbəb olur./yenisabah
 

Oxşar xəbərlər