
Dünya
24-07-2022, 14:57
10 768
İzmir və Adanada meşə yanğınları davam edir
İzmirin Seferihisar mahalı Bəylər Məhəlləsində meşə yanğını söndürülərkən ikinci yanğın baş verib. Bu dəfə saat 14.30-da alov Doğanbəy Məhəlləsindəki əkin sahəsinin yaxınlığındakı meşədən qalxıb. Digər tərəfdən Adananın Kozan rayonunda meşəlik ərazidə yanğın baş verib. Yanğına havadan və qurudan müdaxilə edilir.