Erməni qubernator sərxoş halda iki qəza törətdi
25-07-2022, 13:27
2 129

Erməni qubernator sərxoş halda iki qəza törətdi

Ermənistanın Kotayk rayonunda avtomobil qəzası baş verib.
Erməni KİV xəbər verir  ki, qəza İrəvan-Sevan yolunun 26 km-lik hissəsində 38 yaşlı Karen Sarkisyanın idarə etdiyi "Mercedes" markalı 01 QA 110 dövlət nömrə nişanlı və Vardan Tovmasyanın idarə etdiyi "Volkswagen" markalı 36 TT 011 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Məlum olub ki, “Mercedes”in sürücüsü K. Sarkisyan sərxoş olub. O,Qeqarkunik ərazisinin qubernatorudur. 
Daha sonra  o, vurduğu avtomobillə yola davam edib və Kotayk marzında növbəti avtomobil qəzasına səbəb olub. 
Çox keçməyib ki,  polis qubernatoru  saxlayıb. 

Oxşar xəbərlər