Helikopterin pərvanəsinə ilişib ölən şəxs milyarderin oğlu imiş
26-07-2022, 21:51
9 318

Helikopterin pərvanəsinə ilişib ölən şəxs milyarderin oğlu imiş

Dünyaca məşhur Mykonos adasına istirahətə gedən 21 yaşlı ingilis turist helikopter pərvanəsinin vurması nəticəsində ölüb. 
Şəkil çəkdirmək istəyərkən arxa pərvanələrə çırpılaraq həyatını itirən şəxs İngiltərənin məşhur milyarderin oğlu imiş .
Anası, atası və iki bacısı ilə tətilə gedən və ailəsinin gözü qarşısında dünyasını dəyişən britaniyalı yeniyetmənin ölümü ilə bağlı istintaq başladılıb.
***
Yunanıstanda tətil edən britaniyalı səyyah helikopter pərvanəsinin vurması nəticəsində ölüb.
Faciə axşam saatlarında Spat şəhərində baş verib.
Bir neçə ingilis helikopter icarəyə götürüb. Britaniyalı helikopterin pervanəsinə təhlükəli dərəcədə yaxınlaşdığının fərqinə varmayıb. Nəticədə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. 

Oxşar xəbərlər