Rusiya 25 hərbçinin meyitini Ukraynaya təhvil verdi
26-07-2022, 22:55
9 321

Rusiya 25 hərbçinin meyitini Ukraynaya təhvil verdi

Daha 25 hərbçinin meyiti Ukraynaya qaytarılıb.
Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, meyitlərin qaytarılması prosesi itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko və Ukraynanın güc strukturlarınının iştirakı ilə həyata keçirilib.
Məlumatda qeyd olunub ki, nəşlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.

Oxşar xəbərlər