Dünya
26-07-2022, 17:35
7 642
“Qara siyahı”ya düşən keçmiş kansler Bakıdan Moskvaya getdi
Almaniyanın keçmiş kansleri Gerhard Şröder bir neçə günlük məzuniyyət üçün Moskvaya gedib.
Bu barədə “BILD” nəşr məlumat yayıb.
“Bir neçə gündür ki, tətildəyəm. Moskva gözəl şəhərdir”, - deyə Şröder müxbirə deyib. Keçmiş hökumət başçısının Bakı vasitəsilə Rusiya paytaxtına getdiyi, mühafizəsiz təyyarədə olduğu və qırmızı şərab içdiyi məlum olub.
Almaniyanın koalisiya hökumətinə başçılıq edən Sosial Demokrat Partiyası (SPD) keçmiş kansler Gerhard Şröderin partiyadan mümkün xaric edilməsi ilə bağlı rəsmi müzakirələrə başlayıb. Buna səbəb onun Ukraynada müharibəyə səbəb olan Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olub. Məhkəmə iddiası qərbdəki Hannover şəhərindəki partiyanın filialı tərəfindən qaldırılıb, lakin bunula bağlı arbitraj şurasının qərarı həftələr çəkəcək.
Eyni zamanda Avropa Parlamenti Almaniyanın keçmiş kansleri Gerhard Şröderə qarşı sanksiyalar tətbiq edib.Qətnaməyə əsasən, Avropa Parlamentinin böyük əksəriyyəti sabiq siyasətçiyə qarşı sanksiyaların tətbiqinin lehinə səs verib.
Səbəb siyasətçinin Rusiyanın dövlət şirkətləri, məsələn, “Rosneft” ilə münasibətdə davam edən fəaliyyəti olub. Bildirilib ki, bununla yanaşı sanksiyaların davam olaraq Şröderin Avropadakı aktivlərinin dondurulması nəzərdə tutulub.