Filippində 7 bal gücündə zəlzələ oldu
27-07-2022, 10:36
1 648

Filippində 7 bal gücündə zəlzələ oldu

Filippinin şimalında 7 bal gücündə zəlzələ baş verib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun rəhbəri Renato Solidum 7 bal gücündə zəlzələnin dağlıq bölgədəki Abra əyaləti ətrafında baş verdiyini bildirib.
Təbii fəlakət nəticəsində ən azı bir nəfər xəsarət alıb və binalarda çatlar əmələ gəlib.

Oxşar xəbərlər