Reper dayanacaqda GÜLLƏLƏNDİ
27-07-2022, 18:55
6 330

Reper dayanacaqda GÜLLƏLƏNDİ

ABŞ-da reper sosial şəbəkələrdə nifrət edənlərə müraciətindən bir neçə dəqiqə sonra güllələnib.
Bu barədə “Independent” məlumat yayıb. Amerikalı reper Rolli Bands sosial şəbəkələrdə onun yaradıcılığını tənqid edən insanlara həsr olunmuş yazı dərc edib. O kobud şəkildə rəqiblərini tənqid edərək deyib ki, əgər kimin ona sualı varsa, o zaman insanlar onu harda axtaracaqlarını bilirlər. “Bir çox insan mənim harada yaşadığımı bilir. Rahat yatıram”, - musiqiçi yazıb.

Post dərc edildikdən təxminən beş dəqiqə sonra Rolli yaşayış kompleksinin dayanacağında güllələnib. O, təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qətldə şübhəli bilinən şəxslər avtomobillə qaçıblar, polis onları hələ də saxlaya bilməyib.

Oxşar xəbərlər