Məşhur serialın çəkilişləri koronavirusa görə dayandırıldı
28-07-2022, 10:27
882

Məşhur serialın çəkilişləri koronavirusa görə dayandırıldı

"Netflix”in populyar layihələrindən biri olan "The Witcher” serialının üçüncü mövsümünün çəkilişləri baş rol ifaçısı Henri Kavilin koronavirus testinin müsbət çıxması səbəbindən dayandırılıb.

Plana əsasən, serialın çəkilişləri fasilədən sonra iyulun 25-də bərpa edilməli idi. Lakin bu, baş verməyib.
Qeyd edək ki, serialın üçüncü mövsümünün yayım tarixi hələ ki, açıqlanmayıb./olke
 

Oxşar xəbərlər