Uhanda yenidən karantin elan olundu
28-07-2022, 11:33
1 219

Uhanda yenidən karantin elan olundu

COVID-19 virusuna insanlar arasında ilk yoluxmaların aşkarlandığı Çinin Hubey vilayətinin paytaxtı Uhan şəhərində yenidən karantin elan olunub.
Şəhərdə simptomları olmayan 4 virus daşıyıcısı aşkar edilib. 
Səlahiyyətlilər virusun dörd asimptomatik daşıyıcısını müəyyənləşdirib və Uhan şəhərətrafı bölgələrinin bir milyona yaxın sakini indi növbəti üç gün ərzində evdə qalacaq. 
Qeyd edək ki,  Uhan əhalisinin sayı 12 milyon nəfərdir.

Oxşar xəbərlər