Dünya
28-07-2022, 13:56
1 789
Rusiya Kiyevdə hərbi bazanı VURDU
Rusiya ordusu Qara dəniz və Belarus istiqamətindən Ukraynanı, xüsusən də Kiyev vilayətindəki hərbi hissəni raketlərlə vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov “Ukrayna Media Mərkəzində” brifinq zamanı bildirib.
“Düşmən Qara dəniz ərazisindən “Kalibr” qanadlı raketləri ilə Kiyev vilayətinin Lyutij qəsəbəsindəki hərbi hissəyə raket zərbəsi endirib. Hazırda bir binanın dağıldığı, iki binaya ziyan dəydiyi barədə məlumat var", - deyə o, vurğulayıb.