Almaniyadan deportasiya olunan daha iki nəfərin saxlanıldığı iddia edilir
28-07-2022, 16:44
6 814

Almaniyadan deportasiya olunan daha iki nəfərin saxlanıldığı iddia edilir

Almaniyadan Azərbaycana deportasiya olunan daha iki nəfərin saxlanıldığı iddia edilir.
Söhbət Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvləri Emin Məlikov və Anar Əliyevdən gedir. Bu barədə onların yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların saxta ittihamlarla saxlanıldıqları və həbs olunduqları iddia edilir.
İddialarla bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
Qeyd edək ki, Almaniyadan deportasiya olunduqdan sonra saxlanılan AXCP üzvü Pünhan Kərimli ötən gün 6 il azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər