Avropada meymunçiçəyindən ilk ölüm qeydə alındı
30-07-2022, 10:15
1 461

Avropada meymunçiçəyindən ilk ölüm qeydə alındı

Avropada meymunçiçəyi virusundan ilk ölüm hadisəsi qeydə alınıb.
Xarici KİV xəbər verir ki, hadisə İspaniyada baş verib.
4298 yoluxma statistikası ilə İspaniya Avropada virusun ən geniş yayıldığı ölkələrdən hesab edilir.
Qeyd edək ki, meymunçiçəyi virusundan dünyada ilk ölüm faktı 30 may tarixində Nigeriyada müşahidə olunub.

Oxşar xəbərlər